2019-cu il aprelin 1-dən etibarən Azərbaycanda əlillər və digər imtiyazçılar üçün sosial müavinətlərin məbləği artırılır. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Sosial müavinətlərin məbləği Azərbaycan prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamına əsasən artırılır.
Sənədə əsasən, aperelin 1-dən yaşa görə sosial müavinətin məbləği 130 manata (hazırda 73 manatdır), I qrup əlilliyə görə 150 manata (82 manat), II qrup əlilliyə görə 130 manata (61 manat), III qrup əlilliyə görə isə 110 manata çatdırılacaq (52 manat).
Bundan əlavə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata (hazırda 82 manatdır), ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 80 manata (68 manat), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləği 100 manata (61 manat), müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləği 100 manata (68 manat), beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manata (33 manat), uşağın anadan olmasına görə sosial müavinətin məbləği 200 manata (109 manat), dəfn üçün ödənilən sosial müavinətin məbləği 300 manata çatdırılacaq (146 manat).
Sənədə əsasən, aprelin 1-dən I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilir.
Aprelin 1-dən müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği I qrup əlilliyə görə 250 manat (hazlrda 82 manatdır), II qrup əlilliyə görə 230 manat (158 manat), III qrup əlilliyə görə 210 manat təşkil edəcək (121 manat).
Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) şamil olunacaq və məbləği 100 manata çatdırılacaq (hazırda 73 manatdır).
Bundan əlavə, aprelin 1-dən 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 150 manat təşkil edəcək. Hazırda bu məbləğ 121 manatdır.
“Ümumilikdə, bu artım 577 nəfəri əhatə edəcək. Bu tədbirlərin reallaşdırlmasına cari il dövlət büdcəsindən 400 mln. manat ayrılacaq”, - Mərkəzdən vurğulanıb. **
R.Babayev, N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət