“BP-Azerbaijan” şirkəti mart ayının 5-də Xəzərin Azərbaycan sektorunda D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində planlaşdırılan seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi üzrə ictimai dinləmələr keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“BP-Azerbaijan” şirkətinin hazırladığı sənədin layihə versiyası https://www.bp.com/en_az/caspian/sustainability/environment/env-and-social-documentation/Block_D-230.html saytında dərc olunub.
Hesabatda ətraf və sosial mühitin cari vəziyyəti haqqında məlumatlar, layihənin həyata keçirilməsinin ekologiyaya təsiri ilə bağlı proqnozlar, eləcə də ətraf mühitə və əhaliyə hər hansı potensial təsirin minimuma endirilməsi və azaldılmasına dair tədbirlər öz əksini tapıb.
Xəbər verildiyi kimi, BP və və SOCAR 2019-cu ilin I yarısında Xəzərin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 perspektiv blokunda seysmik tədqiqatlara başlamağı planlaşdırır. 2019-2020-ci illərdə aparılması nəzərdə tutulan seysmik tədqiqatlar 6 ay davam edəcək. Məqsəd Şimali Abşeron hövzəsində perspektiv strukturlar üzrə geofiziki məlumatlar toplamaq və karbohidrogenlər olan geoloji strukturları aşkar etməkdir.
Seysmik tədqiqatın 100-800 metr arasındakı su dərinliklərində 3200 kvadrat kilometrlik ərazini əhatə edəcəyi gözlənilir. Seysmik kəşfiyyat işlərinin yekunları üzrə kəşfiyyat qazma işləri üçün məqsədlər müəyyənləşdiriləcək.
SOCAR və BP arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında” saziş 2018-ci il aprelin 26-da imzalanıb. Saziş 2018-ci il oktyabrın 12-də parlamentdə ratifikasiya edilib, noyabrın 13-də isə qüvvəyə minib.
BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator kimi çıxış edəcək. İştirak payının digər 50 faizi isə SOCAR-a məxsusdur.
Müqavilə ərazisinin sahəsi 3197 kvadratmetr təşkil edir. Burada indiyədək kəşfiyyat işləri aparılmayıb.
Məhsuldar layların dərinliyi 3000-3500 metrdir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət