2019-cu ildə Azərbaycan hökuməti prezident İlham Əliyevin cari ilin yanvar-fevral aylarında imzaladığı fərmanlar çərçivəsində sosial təşəbbüslərin reallaşdırılmasına 2,2 mlrd. manatdan artıq ($1,3 mlrd.-dan artıq) vəsait yönəltmək niyyətindədir.
“İlin əvvəlindən dövlət başçısı Azərbaycan əhalisi üçün bir sıra mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalayıb. Onlarin ümumi maliyyə həcmi 2,2 mlrd. manatı keçir. Bütün bu məbləğ dövlət büdcəsindən ayrılacaq”, - Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov AzTV telekanalının efirində bildirib.
Onun sözlərinə görə, bu tədbirlər gələn il dövlət büdcəsinin hazırlanması zamanı nəzərdə tutulub. “Hər tədbirin təşkilinə bir neçə ay sərf olunub”, - N.Əmirov əlavə edib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-fevral aylarında prezident İ.Əliyev bir sıra sosialyönümlü fərman və sərəncamlar imzalayıb.
Xüsusilə, martın 1-dən ölkədə minimum aylıq əməkhaqqının məbləği 180 manatadək (əvvəl 130 manat olub), minimal pensiyanın məbləği – 160 manatadək (öncə 116 manat olub), Prezident təqaüdünün məbləği – 210 manatadək (əvvəl 185 manat olub) artırılıb.
Eyni zamanda, mart ayından etibarən davamiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşdirilən ali məktəblərin təqaüd alan tələbələrin sayı 16 min nəfərdək artırılıb.
Bundan əlavə, 2019-cu il martın 1-dən Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün prezident təqaüdünün aylıq məbləği 220 manatdan 300 manatadək, məcburi köçkünlərin aylıq müavinətlərinin məbl\ği 50% artırılıb.
O cümlədən, prezident Azərbaycan vətəndaşlarının problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.**
Ə.Məmmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət