“Formula 1” ilə müqavilənin müddətinin 2023-cü ilədək uzadılması Azərbaycana $50 mln.-a qənaət etməyə imkan verəcək. Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nigar Arpadarai deyib.
"Məlum olduğu kimi, bu ilin əvvəlində Azərbaycan “Formula 1” yarışları ilə əməkdaşlığı daha 3 il müddətinə - 2023-cü ilədək uzadıb ki, bu da ölkəmizə 5 il ərzində $50 mln.-a qənaət etməyə imkan verəcək", - deyə N. Arpadarai bu gün “"Formula 1” yarışlarının sosial-iqtisadi faydaları" mövzusunda dəyirmi masada bildirib.
Onun sözlərinə görə, müqavilənin uzadılması Azərbaycana yeni gəlir mənbələri açmağa imkan verir. $50 mln.-a qənaət yeni gəlir mənbələri, sponsorluq və s. sayəsində mümkün olacaq.
N.Arpadarai qeyd edib ki, Azərbaycan 2016-2017-ci illərdə F-1 yarışlarının keçirilməsindən ümumilikdə $277,3 mln. gəlir əldə edib. Bunun $164,2 mln.-nu birbaşa gəlirlər təşkil edib. Yarışların keçirilməsində 1 min biznes strukturu iştirak edib, turizm, otel və nəqliyyat xidmətləri sahəsindən $22,7 mln. əldə edilib.
Departamentin rəhbəri deyib ki, Bakıda 3-4-5 ulduzlu otellərdə nömrələrin ümumi sayı 9,2 min təşkil edir. Digər otellərdə 6,554 min nömrə var ki, burada da “Formula 1” həvəskarları qalır", - deyə N.Arpadarai bildirib.
Öz növbəsində, BCC-nin kommersiya direktoru Bülent Özerdim qeyd edib ki, "Azərbaycan Qran Prisi" $100 mln.-a sığortalanıb.*
R.Babayev
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət