Səudiyyə Ərəbistanı Azərbaycana investisiya qoyuluşunda maraqlıdır. Bunu Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri İbrahim bin Əbdülrəhman əl-Ömər deyib.
İqtisadiyyat naziri Şahin Mustafayev bu gün İ.bin Əbdülrəhman əl-Ömərlə görüşüb.
Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri qeyd edib ki, Azərbaycanla iqtisadi əlaqələr bundan sonra da inkişaf edəcək.
Ş.Mustafayev bildirib ki, Səudiyyə Ərəbistanı şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 370 milyon dollar investisiya yatırıb. Səudiyyə İnkişaf Fondu ilə məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilir. Son illərdə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası birgə Komissiyasının iclası, həmçinin iş adamları arasında təşkil edilmiş işgüzar görüş ölkələrimiz arasında əməkdaşlığa töhfə verir.
Nazir Səudiyyə Ərəbistanı iş adamlarını Azərbaycandakı sənaye parklarına və məhəllələrinə, aqroparklara investisiya yatırmağa dəvət edib. Onun sözlərinə görə, bu il Azərbaycan ixrac missiyası Səudiyyə Ərəbistanına səfər edəcək.
“Görüşdə energetika, investiyalar, alternativ enerji, kənd təsərrüfatı, kimya, turizm sahələrində əməkdaşlıq, birgə layihələrin icrası və s. məsələlər müzakirə edilib”, - deyə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət