2019-cu ilin əvvəlinə Azərbaycan əhalisinin ümumi sayının 50,1%-ni və ya4 mln. 999,1 min nəfərini qadınlar təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar hazırladığı məlumatda deyilir.
“Qadınların 53,4%-i nəsilvermə qabiliyyətinə malikdir”, - deyə məlumatda bildirilir.
Ötən il doğulmuş 139 min körpənin46,6%-ni qız uşaqları təşkil edib.
Hazırda ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası və ambulatoriyası fəaliyyət göstərir.
Azərbaycanda qadınların orta ömür uzunluğu 76,8 yaş təşkil edir ki, bu da kişilərin orta ömür uzunluğundan 5,2 il çoxdur.
Statistik məlumatlara görə, qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2% təşkil edir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,1%-i, orta ixtisas təhsil müəssisələrində 78,9%-i, ali təhsil müəssisələrində 52%-i, həkimlərin isə 62%-i qadınlardır.
Ümumi təhsil müəssisələrində şagirdlərin 46,9%-i, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,7%-i, ali təhsil müəssisələrinin tələbələrinin 48,2%-i qızlardır.
Elmi işçilərin 58,1%-ni qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 9-u, müxbir üzvlərindən isə 12-si qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,6%, sahibkarlar arasında isə 21,5%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 42%-i qadınlardır.
Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə, bu gün qadın deputatların xüsusi çəkisi 16,8%-ə çatıb.
Bundan başqa, nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayı ildən-ilə artır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6% olduğu halda, 2018-ci ildə 7,4%-dək artıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət