“AzerGold” QSC “Göydağ” yatağında kəşfiyyat işlərinin görülməsi üçün lisenziya alıb. Bu barədə cəmiyyətin 2017-ci il üzrə maliyyə hesabatında deyilir.
2018-ci ilin mart ayında cəmiyyət “Göydağ” yatağında kəşfiyyat işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) lisenziya alıb. Bu lisenziya 2020-ci ilin dekabr ayınadək etibarlıdır.
Bundan başqa, “Filizçay” və “Mazımçay” mədən yataqlarında kəşfiyyat işlərinin aparılması üçün ETSN-dən alınmış lisenziyaların müddəti daha 5 il uzadılıb. Adıçəkilən mədən yataqları üçün lisenziyaların müddəti 2022-ci ilin dekabr ayınadək etibarlıdır.
“Filizçay” yatağı ehtiyatlarının həcminə görə Avropada ikinci ən böyük yataq hesab edilir və dünya polimetal yataqlarının ilk onluğuna daxildir. Qızıl, gümüş, mis, sink və qurğuşundan ibarət yataq ehtiyatları 120 mln. tondan artıqdır. Mis, sink, qurğuşun kimi metalların toplam miqdarı 6-8%, qızıl və gümüşün orta tutumları uyğun olaraq 0.65q/t və 50q/t təşkil edir. Yataq Azərbaycanda yaradılması planlaşdırılan dağ-mədən sənayesi kompleksi üçün 50 il ərzində xammal bazası kimi çıxış edə bilər.
“Mazımçay”yatağı Balakən rayonu ərazisində, Filizçay yatağının 2-3 km yaxınlığında yerləşir. Qiymətləndirilmiş resursları 414.4 min ton təşkil edən orta miqyaslı “Mazımçay” yatağının filizlərində mis üstünlük təşkil edir.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət