Rusiyanın “Qazprombank”ı Azərbaycanda ASK və infrastruktur sahəsində layihələrdə maliyyələşdirmədə iştirak imkanını nəzərdən keçirir. Bu barədə bankın İdarə Heyətinin sədr müavini Famil Sadıqov bu gün Bakıda jurnalistlərə bildirib.
“Bank qarşısında coğrafiyanın genişləndirilməsi və iqtisadiyyatın yeni sahələrinin əhatə olunması vəzifəsi qoyulub. Hazırda Azərbaycan tərəfi ilə ASK, infrastruktur və dövlət-özəl tərəfdaşlıq kimi digər sahələrə investisiyanın yatırılmasında özümüzün iştirak mexanizmini hazırlamağa çalışırıq. O cümlədən, Azərbaycana cari səfər çərçivəsində bu layihələrin maliyyələşdirilməsi məqsədilə kapital bazarlarından vəsaitin cəlb olunması imkanlarını müzakirə edəcəyik”, - F.Sadıqov qeyd edib.
Onun sözlərinə görə, ASK sahəsində söhbət istehsal müəssisələrinin yaradılması üzrə layihələrin maliyyələşdirilməsi, infrastruktur sahəsində - avtomobil yollarının tikintisi layihələrdən gedir.
F.Sadıqov bildirib ki, indiyədək “Qazprombank”ı Azərbaycanda SOCAR (ARDNŞ) ilə birlikdə “SOCAR Polymer” zavodunun tikintisi layihəsini reallaşdırıb, o cümlədən “Azərikimya” İB-nin müəssisələrinin modernləşdirilməsinə kredit ayırıb ($260 mln. - İF).
“Azərikimya” üçün kredit 3 il müddətinə ayrılıb. Bu vəsait qismən artıq sərf olunub və hissə-hissə ödənilir”, - o məlumat verib.
F.Sadıqovun sözlərinə görə, həmçinin bank Bakının Qaradağ rayonunda yeni qaz emalı və polimer kompleksinin tikinti layihəsində iştirakda maraqlıdır. “Biz kompleksin yaradılması üzrə maliyyələşdirmə layihəsində iştirak etmək arzusunu ifadə etmişik. “Qazprombank” bu layihə üzrə SOCAR-ın maliyyə məsləhətçisidir. Hazırda bir neçə iştirakçılar nəzərdən keçirilir, seçim müsabiqə əsasında həyata keçriiləcək. Eyni zamanda, bütün konsorsiumlarda bank iştirakçı qismində bəyan olunub, maliyyələşdirmənin məbləği isə $400 mln.-dan $800 mln.-a qədər təşkil edə bilər”, - o bildirib.
F.Sadıqov əlavə edib ki, “Qazprombank” SOCAR-ı “etibarlı tərəfdaş hesab edir və bu şirkətlə gələcəkdə əməkdaşlığa hazırdır”. “SOCAR şirkətini9n layihələrinin maliyyələşdirilməsi üzrə limitimiz $3 mlırd.-a qədər təşkil edir. Əla tərəfdaşdır (SOCAR - İF) və biz onunla gələcəkdə çalışmağa hazırıq”, - o qeyd edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət