Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanı Daöıq Qarabağ münaqişəsinin həli məqsədilə siyasi iradəsini nümayiş etdirərək konkret addımlar atmağa çağırır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
“Qeyd edə bilərəm ki, hər bir məsələ öz yerini tapır. Əgər Ermənistan baş naziri ölkəsinin təhlükəsizlik şurasının növbədənkənar iclasını Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirirsə, demək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ermənilərinin danışıqlara cəlb edilməsi cəhdlərinə də ehtiyac qalmır”, - L.Abdullayeva bəyan edib.
“Qarabağ erməniliyi” fikrini səsləndirən baş nazir söz oyununa son qoyaraq, Dağlıq Qarabağda yaşayan ermənilərin “xalq” yox, erməni icması olduğunu dilə gətirir”, - o əlavə edib.
L.Abdullayeva bildirib ki, münaqişənin həlli üzrə uzun illərdir davam edən danışıqlar prosesinin formatı aydındır və bu məsələ ATƏT-in konsensus qərarı ilə müəyyən edilib; 1992-ci il ATƏT-in Helsinki qərarı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icması maraqlı tərəf qismində müəyyən olunub.
“Münaqişənin həlli üzrə prinsiplərə gəldikdə isə, Minsk qrupu həmsədrlərinin də son bəyanatında istinad etdikləri ATƏT-in Helsinki Yekun Aktında aydın şəkildə əks olunmuş prinsiplərin hər hansı bir şəkildə yanlış təfsir olunması mümkün deyil”, - o vurğulayıb.
XİN-in rəsmisi xatırladıb ki, ATƏT-in 1996-cı il Lissabon zirvə görüşü zamanı ATƏT Minsk qrupu həmsədrləri tərəfindən irəli sürülən və Ermənistan istisna olmaqla, bütün digər ATƏT-in üzv ölkələri tərəfindən birmənalı şəkildə qəbul olunan fəaliyyətdə olan sədrin bəyanatında münaqişənin həlli prinsiplərinə aydınlıq gətirilib. “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü hər hansı bir şəkildə müzakirə obyekti ola bilməz”, - L.Abdullayeva bəyan edib.
O bildirib ki, “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması və bu ərazilərə azərbaycanlı məcburi köçkünlərin geri qayıtması istiqamətində konkret addımların atılmasının vaxtı çoxdan yetişib”.
“Baş nazirin özünün də bəyan etdiyi kimi, Ermənistan xalqının etimadını qazanan və beləliklə də tam mandata sahib olan baş nazir siyasi iradəsini nümayiş etdirərək bölgəyə sülh, tərəqqi və dayanıqlı inkişafın gətirilməsində nə dərəcədə maraqlı olduğunu aydın şəkildə göstərməlidir. Belə ki, sülhün və əmin-amanlığın təmin edilməsində maraqlı olan tərəf digər dövlətin ərazilərini işğal altında saxlamaz”, - L.Abdullayeva vurğulayıb. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət