“AccessBank” kapitalın artırılması prosesini başa çatdırıb və nəticədə səhmdarların strukturu dəyişib. Bunu bankın İdarə Heyətinin sədri Anar Həsənov deyib.
““AccessBank” hələ 2018-ci ilin noyabrında başlayan kapitalın artırılması prosesini fevral ayının sonunda başa çatdırıb. Nəticədə bankın kapitalı 118,5 mln. manat artıb. Artım yeni səhmlərin emissiyası və mövcud səhmlərin yenidən bölüşdürülməsi hesabına mümkün olub", - deyə A.Həsənov bankın kapitallaşması prosesinin başa çatması ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bankın səhmdarlarının yeni tərkibi aşağıdakı kimidir: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%).
2018-ci ilin sonuna bankın səhmdarlarının strukturu belə idi: AYİB (20%), BMK (20%), QDTİB (20%), KfW (20%), Access Holding (16,53%), LFS Financial Systems GmbH (3,47%).
A.Həsənovun sözlərinə görə, nəticədə bankın nizamnamə kapitalı 258 mln. manatadək artıb.
"İkinci dərəcəli kapital subsidiyalaşdırılmış borc alətlərinin köməyi ilə əlavə olaraq 22 mln. manat artırılacaq, daha 22 mln. manat isə zərurət yarandıqda gələcəkdə istifadə ediləcək "şərti kapital”a yönəldiləcək", - deyə sədr qeyd edib.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aparıcı bankların onluğuna daxildir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət