“Azərbaycan Dəmir Yolları” QSC 2019-cu ilin sonunadək Sabunçu (Bakının qəsəbəsi)-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkətinin təşkilini planlaşdırır. Bu barədə QSC-nin sədri Cavid Qurbanov məlumat verib.
“İlkin mərhələdə Sabunçunun mərkəzindən Bakıya qədər (“28 May” dəmir yolu stansiyasına qədər - İF) elektrik qatarlarının marşrutu açılacaq. Cari ilin sonunadək isə Sabunçu-Sumqayıt marşrutunun açılması planlaşdırılır. Bu məqsədlərin reallaşdırılmaı üçün iki qatar sifariş olunub və əlavə olaraq iki qatar Azərbaycana gətirilib”, - C.Qurbanov bu gün jurnalistlərə bildirib.
O qeyd edib ki, Sabunçu-28 May reysinin açıılması sərnişinlərə yolda zamanı 30 dəqiqədən 10-15 dəqiqəyə qədərə azaltmağa imkan yaradacaq. Elektrik qatarları bir saatda bir dəfə hərəkət edəcək.
Həmçinin, C.Qurbanov məlumat verib ki, ADY avtonəqliyyat vasitələri və qatarların toqquşması hallarına yol verməmək və yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron yarımadasında yeraltı keçidlərin yaradılması üzərində iş həyata keçirir.
Bundan əlavə, QSC-nin sədri bildirib ki, 2018-ci ildə cəmiyyət xüsusi mühafizə olunan dəmir yollarının yerləşdiyi ərazidə qanunsuz yaşayış tikililəri olan 700 nəfərin yeni mənzillərə köçürülməsini təmin edib. **
N.Abbasova, B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət