Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilərlər. Bu barədə “Henley & Partners” tərəfindən hazırlanan “Pasportlar indeksi”ndə qeyd olunur.
“3 ay ərzində Azərbaycan reytinqdə 74-cü pillədən 73-cü pilləyə yüksəlib. Azərbaycan vətəndaşlarının vizasız səfər edə biləcəyi ölkələrin sayı 67-yə çatıb”, - deyə yenilənmiş "Pasportlar indeksi”ndə bildirilir. İndeksdə 2019-cu ilin II rübü ərzində dünya ölkələrinin vizasız rejimindəki dəyişikliklər əks olunur.
İndeksdə birinci yeri Yaponiya, Sinqapur və Cənubi Koreya bölüşür. Bu ölkələrin vətəndaşları 189 ölkəyə vizasız səfər edə bilərlər.
2-ci yerdə Almaniya (188 ölkə), 3-cü yerdə isə 5 dövlət – Danimarka, Finlandiya, Fransa, İtaliya və İsveç qərarlaşıb. Böyük Britaniya 5-ci (185), ABŞ isə 6-cı yerdədir (184).
“İndeksdə sonuncu yerləri İraq və Əfqanıstan tutur. Bu dövlətlərin vətəndaşları 30 ölkəyə vizasız səfər edə bilərlər”, - deyə sənəddə vurğulanır.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət