Martın 28-də Azərbaycan prezidenti İlham Əliyev Bakının Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə insidentlə əlaqədar Komissiyanın yaradılması barədə tapşırıq verilib.
Komissiyanın vəzifələrinə hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq daxildir.
Komissiyaya həmçinin görülmüş işlər haqqında mütəmadi olaraq dövlət başçısına məlumat vermək tapşırılıb.
İlkin qiymətləndirmələrə əsasən, yanğın nəticəsində 1 minə qədər sahibkarın əmlakına ziyan dəyib. Hazırda dəyən ziyanın həcmi hesablanır.
Xəbər verildiyi kimi, martın 26-da saat 8:12 radələrində “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sözlərinə görə, yanğın yaxınlıqda yerləşən dönərxananın yanması səbəbindən baş verib.
K.Heydərov vurğulayıb ki, FHN 2015-ci ildən ticarət mərkəzi və Nizami Rayon İcra Hakimiyyəti rəhbərliyinə mərkəzdə yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı xəbərdarlıqlar göndərib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması) ilə cinayət işi başlanıb.
İlkin qiymətləndirmələrə əsasən, yanğın nəticəsində 1 minə qədər sahibkarın əmlakına ziyan dəyib. Hazırda dəyən ziyanın həcmi hesablanır.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət