Baş nazir Novruz Məmmədov “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə Komissiyanın yaradılması haqqında" sərəncam imzalayıb.
Nazirlər Kabinetinin saytında dərc olunmuş sərəncama əsasən Komissiyanın sədri baş nazirinin birinci müavinidir.
Komissiyanın üzvləri iqtisadiyyat naziri, maliyyə naziri, vergilər naziri və Azərbaycan Respublikası Mərkəzi Bankının sədridir.
Şərtlərə görə, iri dövlət şirkətləri gəlirlər və xərclər smetasının layihəsini oktyabr ayının 15-dək Komissiyanın Katibliyinə təqdim etməlidir.
İri dövlət şirkətləri gəlirlər və xərclər smetalarının rüblük icrasında proqnozlaşdırılan göstəricilərdən 10%-dən yuxarı kənarlaşmaya yol verdikdə, Komissiyanın Katibliyinə kənarlaşmanın səbəbləri və onları əks etdirən göstəricilər barədə müvafiq izahat təqdim etməlidir. İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının hesabat ilinin birinci yarımilliyi üzrə icra vəziyyətinin nəticələrinə əsasən əməliyyat fəaliyyətindən cəmi daxilolmalarda proqnoz göstəricisindən 20%-dən yuxarı kənarlaşma olduğu təqdirdə, həmin şirkətlərin gəlirlər və xərclər smetalarına yenidən baxılır.
Sərəncamın şamil olunduğu iri dövlət şirkətləri bunlardır: SOCAR, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC, “Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Metropoliteni” QSC, “Meliorasiya və Su Təsərrüfatı” ASC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan müəssisələr (“Aztelekom” MMC, “Azərpoçt” MMC və “Bakı Telefon Rabitəsi” MMC).*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət