"AccessBank"ın İdarə Heyəti "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkən sahibkarların kreditlərinin restrukturizasiyası barədə qərar qəbul edib. Bu barədə bankın məlumatında deyilir.
“Qərara əsasən, 2019-cu il aprelin 2-dən etibarən maddi zərərlə üzləşmiş müştərilərə cari mikrokreditlər üzrə 6 ayadək güzəşt müddəti verilə bilər. Güzəşt müddəti ərzində illik faiz dərəcəsi 10% təşkil edəcək. Qeyd edim ki, komissiya işini davam etdirir və toplanan məlumatlar əsasında biz gələcəkdə əlavə güzəştlərin edilməsini də nəzərdən keçirə bilərik", - deyə "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.
O vurğulayıb ki, bankın təklif etdiyi güzəştdən 31 sahibkar faydalana bilər. Restrukturizasiya olunacaq portfelin həcmi 200 min manatdan çoxdur.
"Diqlas" ticarət mərkəzində yanğın martın 26-da səhər saatlarında baş verib. Prezident İlham Əliyev martın 29-da yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə dövlət büdcəsindən ilkin olaraq 3 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Maliyyə Nazirliyi artıq bu vəsaiti İqtisadiyyat Nazirliyinin hesabına köçürüb. Yaxın vaxtlarda sahibkarlara kompensasiyaların ödənilməsinə başlanılacaq.*
Ə.Məmmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Bank Respublika”dan SƏPSƏRİN kredit şərtləri!
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət