Asiya İnkişaf Bankı 2019-cu ildə Azərbaycanda ÜDM-in artımını 2,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə Asian Development Outlook 2019 icmalında qeyd olunur.
2018-ci ilin sentyabr ayında AİB Azərbaycanda 2019-cu ildə ÜDM-in artımını 2% səviyyəsində proqnozlaşdırıb.
Bankın qiymətləndirmələrinə əsasən, 2019-cu ildə Azərbaycanda iqtisadi artım 2,7%-dək sürətlənəcək.
“Proqnozlara əsasən, 2019-cu ildə dövlət investisiyaları və istehlakın artması hesabına ÜDM-in artımı 2,5%-ə çatacaq və “Şahdəniz” yatağında qaz hasilatının artımı hesabına 2020-ci ildə 2,7%-dək sürətlənəcək”, - icmalda qeyd olunur.
AİB 2019-2020-ci illərdə ölkədə illik sənaye istehsalının artımını məhsul istehsalı və qaz hasilatının artması hesabına 1% səviyyəsində proqnozlaşdırır.
“2019-cu ildə tikinti sektorunun ASK sahəsində əlavə dövlət proqramlarının reallaşdırılması hesabına 3% artımı, 2020-ci ildə isə 2%-dək azalması gözlənilir”, - bank qeyd edir.
AİB-in proqnozlarına görə, 2019-cu ildə Azərbaycanda inflyasiya 4%-dək azalacaq (sentyabr ayının proqnozu – 7%), lakin 2020-ci ildə iqtisadi artımın daha yüksək templəri və əmək haqlarının artımı hesabına 5%-dək sürətlənəcək. Mübadilə məzənnəsinin nisbətən sabitliyi yüksək inflyasiyanın qarşısını almalıdır.
“Yaxın iki il ərzində AMB-nin diqqətinin iki hədəfdə olacağı gözlənilir: mübadilə məzənnəsinin saxlanılması və inflyasiyanın 5% civarında məıhdudlaşdırılması. Bu səbəbdən Azərbaycan hökuməti idxala tələbat, xarici valyutanın hərəkəri və kapital axınını diqqətlə izləyəcək. Mübadilə məzənnəsinin sabit qalmasının özəl sektorun kreditləşməsini stimullaşdıracağı gözlənilir. İnflyasiyanın məqsədli səviyyəsi əldə olunacağı halda gələcəkdə uçot dərəcəsinin azalmasını gözləmək mümkündür”, - bank qeyd edir.
Bankın proqnozlarına əsasən, 2019-cu ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in 13,6% (sentyabr proqnozu – ÜDM-in 6,9%), 2020-ci ildə - ÜDM-in 10,8% təşkil edəcək.
“Qaz ixracının artmasına baxmayaraq, neftin orta qiymətinin daha aşağı olması 2019-cu ildə ümumi ixrac həcmini 7,5% azaldacaq, gələcəkdə “Şahdəniz” yatağında qaz hasilatının artımı 2020-ci ildə ixracın 1% artımına gətirəcək. 2019-cu ildə idxalın 19,9% azalması gözlənilir, lakin 2020-c ildə daxili tələbatı ödəmək məqsədilə malların ölkəyə idaxlının artımı 11,1% təşkil edəcək”, - icmalda vurğulanır.
Bankın qiymətləndirmələrinə əsasən, 2019-cu ildə Azərbaycanda ASK məhsullarının istehsalının artımı 3%, 2020-ci ildə - 4% səviyyəsində proqnozlaşdırılır.
Azərbaycan hökuməti 2019-ci ildə ÜDM-in artımını 3,6%, 2020-ci ildə - 3,8%, 2019-cu ildə orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır.
2018-ci ilin yekunları üzrə Azərbaycanda ÜDM-in artımı 1,4%, orta illik inflyasiya 2,3% təşkil edib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət