Asiya İnkişaf Bankı Azərbaycanda dövlət büdcəsinin kəsirinin ÜDM-nin 2,8% səviyyəsində, 2020-ci ildə kəsirin ÜDM-in 2%-dək azalmasını proqnozlaşdırır.
“ARDNF-nin transfertləri daxil olmaqla, 2019-cu ildə Azərbaycanda dövlət büdcəsinin kəsiri ÜDM-nin 2,8% artacaq, sonra isə 2020-ci ildə yenidən 2%-dək azalacaq”, - bankın çərşənbə günü dərc olunmuş Asian Development Outlook 2019 icmalında qeyd olunur.
Bankın analitikləri hesab edirlər ki, kəsirin maliyyələşdirilməsi özəlləşdirmə, daxili və xarici borclar və xəzinədarlıq hesablarında istifadə olunmayan qalıqlar hesabına təmin olunacaq.
Eyni zamanda, bankın analitiklərinin hesablamalarına əsasən, 2019-cu ildə ARDNF-nin transfertləri nəzərə alınmadan kəsir ÜDM-in 18,6%-ni və 2020-ci ildə 16,9%-ni təşkil edəcək.
Həmçinin AİB dövlət büdcəsinin gəlirləri və xərclərinin artımını gözləyir. “Qaz ixracı, gömrük tarifləri və vergi daxilolmalarının artımı hesabına 2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin ÜDM-in 32,2%-i və 2020-ci ildə - 33,2%-i səviyyəsinə çatacağı gözlənilir. 2019-cu ildə büdcə xərcləri ÜDM-in 35%-ni və 2020-ci ildə 35,2;%-ni təşkil edəcək, bu da minimum əmək haqqı və minimum pensiyanın 38%, 2019-cu ildə əmək haqqı ümumi fondunun artımı, həmçinin cari və əsaslı xərcləri artıracaq regionların inkişaf proqramı ilə şərtlənir”, - bankın hesabatında deyilir.
Həmçinin qeyd olunur ki, daha yüksək artım templəri və 2018-ci ildə qəbul olunan borcun idarəolunması siyasəti nəzərə alınmaqla hökumət 2020-ci ilin sonuna dövlət və zəmanətli xarici borcun ümumi həcmini ÜDM-in ən azı 20% səviyyəsində saxlayacağına ümid edir.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərcləri üzrə - 25 mlrd. 190 mln. manat təşkil edir. Bu ilin dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat və ya ÜDM-nin 2,5%-i səviyyəsindədir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət