Rusiya və Azərbaycan yüngül sərnişin gəmilərinin tədarükü sahəsində əməkdaşlıq qura bilər. Bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.
Rusiyanın Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev və D.Manturovun bu gün Bakıda baş tutan görüşündə avtomobilqayırma, aviasiya, gəmiqayırma, kənd təsərrüfatı maşınqayırması və əczaçılıq sahələrində ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub.
“Görüşdə D.Manturov qeyd edib ki, iki ölkə arasında gəmiqayırma sahəsində (sərnişin gəmilərinin tədarükü) əməkdaşlığın inkişafı üçün perspektivlər var”, – deyə məlumatda qeyd olunur.
Rusiyalı nazirin sözlərinə görə, hazırda Azərbaycan ərazisində “Mi” tipli helikopterlərin təmiri və texniki xidmət göstərilməsi üçün servis mərkəzinin yaradılması məsələsi müzakirə olunur. "Azərbaycanda istifadə olunan vertolyot texnikamızla işləyə biləcək təmir müəssisəsinin yaradılması planlaşdırılır", - deyə o qeyd edib.
D.Manturov dəmir yolu və kənd təsərrüfatı texnikasının Azərbaycana tədarük həcminin artırılması, eləcə də əczaçılıq sənayesi və enerji maşınqayırması sahəsində əməkdaşlığın inkişafı üçün potensialın olduğunu diqqətə çatdırıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət