2019-cu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 200 mln. manat təşkil etməklə plan göstəricisini ötüb. Bunu prezident İlham Əliyev deyib.
"2019-cu ilin I rübündə dövlət büdcəsinə əlavə daxilolmalar 200 mln. manat təşkil edib. Bu, aparılan islahatların, yeni yanaşmaların nəticəsidir", - deyə İ.Əliyev bu gün bildirib.
Onun sözlərinə görə, əlavə büdcə gəlirləri hökumətə bu vəsaitləri sosial məqsədlərə, əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərin artırılmasına yönəltməyə imkan verir.
"Prezident seçkilərindən (2018-ci ilin aprelində - İF) sonra başlayan islahatlar bütün sahələri əhatə edir", - deyə dövlət başçısı vurğulayıb.
Dövlət başçısı 2015-ci ildə dünyada baş vermiş iqtisadi böhrana da toxunub. "2015-2016-cı illərdə dünyada baş vermiş iqtisadi böhran bütün ölkələrə təsir etmişdir, o cümlədən bizə. Təsəvvür edin, bizim gəlirlərimiz 3-4 dəfə azaldı. Yəni, faizlərlə ölçülmürdü, dəfələrlə ölçülürdü. Bu, hər bir ölkə üçün böyük imtahandır, böyük sınaqdır”, - deyə o qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Azərbaycan hökuməti görülən operativ tədbirlər nəticəsində o böhranın fəsadlarını minimum səviyyəyə endirə bildi.
“Biz ciddi addımlar ataraq iqtisadi sabitliyi qoruya bildik, inkişaf templərinə qədəm qoyduq.Keçən il artıq iqtisadi inkişaf başlamışdır, bu ilin iki ayının yekunları var. Bu yekunlar çox müsbətdir, iqtisadi artım kifayət qədər yüksəkdir, 3 faizə yaxındır. Qeyri-neft sektorunda sənaye istehsalı 15 faizdən çox artıb”, – deyə dövlət başçısı bildirib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət