26-28 aprel tarixlərində keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisiilə əlaqədar Bakının mərkəzi küçələri aprelin 22-dən 30-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Təşkilatçıların məlumatına görə, Baku City Circuit yarış trasında və ona bitişik küçələrdə aprelin 22-də gecə saat 01:00-dan etibarən aprelin 30-u saat 06:00-a qədər nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq.
“Lakin bu, piyadaların hərəkətinə mane olmayacaq – Bakı sakinləri və qonaqlar yeraltı və yerüstü keçidlərdən istifadə etməklə trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər”, - deyə təşkilatçılar qeyd edir.
Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin, həmçinin Xaqani ilə Rəşid Behbudov və Azadlıq Prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşəcək.
Aprelin 24-dən saat 08:00-dan aprelin 29-dək Dənizkənarı Bulvarın Dəniz Vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq.
“Həmçinin bu il konsert və əyləncə proqramlarının Kristal Zalında keçirilməsi ilə əlaqədar 27-28 apreldə Azneft dairəsindən Bayraq Meydanına qədər olan yolda 17:00 - 04:00 saatları arasında nəqliyyatın hərəkəti tam dayandırılacaq”, - deyə məlumatda vurğulanır.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət