9-18 aprel tarixində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) mədəniyyət və istirahət turizmi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri Azərbaycana səfər edəcəklər. Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilir.
“Yaxın Şərq ölkələrinin Azərbaycanın turizm potensialı ilə tanışlığı turizm əlaqələrinin genişləndirilməsi məqsədilə aprelin 9-18-də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyindən turizmi şirkətlərinin nümayəndələri Bakıya səfər edəcəklər”, - məlumatda qeyd olunur.
Dövlət Turizm Agentliyi tərəfindən Səudiyyə Ərəbistanından 10, BƏƏ-dən 14 şirkət iştirakı ilə tanışlıq missiyası təşkil olunub.
“Səfər zamanı yerli şirkətlərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə görüşlər təşkil olunacaq, təqdimatlar keçiriləcək”, - məlumatda vurğulanır.
2018-ci ilin sonundan etibarən Səudiyyə Ərəbistanın Ər-Riyad, BƏƏ-nin Dubay şəhərlərində Azərbaycanın rəsmi turizm nümayəndəlikləri fəaliyyət göstərir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət