Azərbaycan noyabrın 5-10-da Şanxaya (Çin) ixrac missiyası göndərməyi planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
"5-10 noyabr tarixlərində Şanxay şəhərinə ixrac missiyası təşkil olunacaq. Missiyanın tərkibinə qida məhsulları, şərab və spirtli içkilər istehsal edən şirkətlərin nümayəndələri daxil olacaq", - deyə məlumatda bildirilir.
Missiyada iştirak etmək istəyən şirkətlər təkliflərini iyulun 12-dək təqdim edə bilər.
Fondun məlumatına görə, missiyada iştirak etmək istəyən şirkətlər müvafiq müsabiqədən keçməlidir. Müsabiqənin nəticələri iyulun 30-da elan olunacaq.
Seçim bir neçə meyar üzrə həyata keçiriləcək: təqdim olunan məhsulların istehsal potensialı, ixrac potensialı, məhsulların ixracı sahəsində təcrübə.
Bundan əlavə, 5-10 noyabr tarixlərində Şanxayda «2019 China International Import Expo» ərzaq sərgisi keçiriləcək. Sərgidə Azərbaycan vahid stendlə təmsil olunacaq. AZPROMO qeyd edir ki, stenddə təmsil olunan şirkətlərin maksimum sayı 30-dan artıq olmayacaq.
Bununla əlaqədar AZPROMO öz məhsullarını vahid stenddə nümayiş etdirmək istəyən şirkətlər üçün də müsabiqə elan edib. Sərgidə iştirak etmək istəyən şirkətlər təkliflərini iyulun 12-dək təqdim edə bilərlər.
Qeyd edək ki, AZPROMO 13-18 may tarixlərində də Şanxaya ixrac missiyasını təşkil etməyi planlaşdırır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət