2019-cu ilin I rübündə “Azərmaş” zavodunda 360 avtomobil istehsal edilib və satılıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Azərmaş” avtomobil zavodunda bu ilin birinci rübündə 360 avtomobil istehsal edilib və satılıb”, - deyə o, İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Görüşdə, həmçinin Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun inşa ediləcəyi diqqətə çatdırılıb. Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulacaq. Hər iki layihə azərbaycanlı və iranlı investorların iştirakı ilə həyata keçirilir.
2018-ci il martın 29-da “Azərmaş” zavodunun rəsmi açılışı olub. Zavodun təsisçiləri “İran Khodro” və “AzEuroCar” şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində yerləşir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
2018-ci ildə zavodda 1000 ədəddən çox «Khazar» markalı avtomobil istehsal edilib və onların 95%-i satılıb. «Khazar» LD markalı avtomobilin dəyəri 18 min manat ($10.6 min), «Khazar» SD markalı avtomobilin dəyəri isə 16 min manatdır ($9.4 min).
2019-cu ildə zavodda 3 min ədəd minik avtomobilinin istehsalı planlaşdırılır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət