İyunun 11-13-də IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi - “Road & Traffic 2019” sərgisi keçiriləcək. Bu barədə sərginin təşkilatçısı olan “Сaspian Event Organisers” (CEO) şirkətindən bildirilib.
“Sərgidə Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yol-tunel inşaatı üzrə xidmətlər, yol təhlükəsizliyi vasitələri, yol-inşaat və kommunal texnika, yolların nişanlanması üçün avadanlıqlar, elektron yol monitorları, yol infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yeni avtobus modelləri və bir sıra digər məhsulları təqdim edəcək”, - deyə məlumatda qeyd olunur.
Bu il sərgidə yeni avtobus modelinin nümayişi ilə “Xaliq Faiqoğlu” şirkəti debüt edir. Sərginin digər debütantları arasında tədbirin açıq platformasında öz yol-tikinti texnikasını sərgiləyən “KURGANDORMASH” şirkəti də yer alır.
Sərgi çərçivəsində yerli və xarici şirkətlərin nümayəndələri əməkdaşlıq, tərəfdaşlıq yollarını müzakirə etmək üçün görüşlər keçirəcəklər.
“Road&Traffic 2019” sərgisi 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2018” sərgisi ilə eyni meydançada keçiriləcək.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət