Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyanın Ural Federal Dairəsində nümayəndəlik açmaq imkanını nəzərdən keçirir. Bunu DTA-nın sədri Fuad Nağıyev deyib.
F.Nağıyev Sverdlovsk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Orlov ilə “Bolşoy Ural - 2019” forumu çərşivəsində qarşılıqlı turuist axınının artırılması perspektivləri və Bakı ilə Yekaterinburq arasında birbaşa hava əlaqəsi məsələlərini müzakirə edib. Bu barədə Sverdlovsk vilayəti televiziyasının saytında məlumat verilir.
“Biz regionunuzun böyük turizm potensialını görürük. Qarşılıqlı turuist axınının artırılması mexanizmlərini aşkar etmək məqsədilə buradayıq. Ölkəmizdə səfərlərin təşkili üçün Uralı çox maraqlı marşrut kimi təqdim etməyə hazırlıq və burada nümayəndəlik açmaq imkanını nəzərdən keçiririk. Rusiyalı turistləri Azərbaycanda səbirsizliklə gözləyirlər. Bunun üçün infrastruktur yaradılıb və dil maneəsi yoxdur”, - F.Nağıyev bəyan edib.
Öz növbəsində A.Orlov regionun hökumətinin Azərbaycanla tərəfdaşıq əlaqələrinin inkişafına dair yaxın planları barədə məlumat verib.
“Hazırda Sverdlovsk vilayəti və Azərbaycan hökuməti arasında gələcək 10 il üçün əməkdaşlığa dair yeni saziş layihəsi birgə hazırlanıb. Sənəd çox sayda birgə tədbirləri keçirməyə imkan yaradacaq. Turizm mövzusuna xüsusi diqqət ayrılıb. Hesab edirik ki, bu sahə inkişaf edərək iqtisadiyyatın tamdəyərli sektoruna çevriləcək”, - A.Orlov bildirib.
Hazırda DTA-nın Almaniya (Frankfurt), BƏƏ (Dubay), Səudiyyə Ərəbistanı (Ər-Riyad), Çin (Pekin), Hindistan (Mumbay) və Rusiyada (Moskva) nümayəndəlikləri fəaliyyət göstərir.**
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət