Son 15 il ərzində Azərbaycan iqtisadiyyatına sərmayələrin həcmi $260 mlrd. təşkil edib. Bunu Azərbaycan prezidenti İlham Əliyev 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, bu vəsaitin təxminən yarısını xarici investisiyalar təşkil edir, deyə dövlət başçısının saytı prezidentin sözlərindən sitat gətirir.
“Ötən 15 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Yatırılan 260 mlrd. dollar həcmində sərmayə müasir infrastruktur yaratmağa kömək edib. Azərbaycanın çox aşağı səviyyədə xarici borcu var. Bu, bizim ümumi daxili məhsulun təxminən 19%-ni təşkil edir. Bizim ehtiyatlarımız (valyuta - İF) xarici borcumuzdan 5 dəfə çoxdur. Azərbaycanın builki iqtisadi göstəriciləri artımın olduğunu nümayiş etdirir. Ümumi daxili məhsul 3% artıb, inflyasiyanın səviyyəsi 2,1% təşkil edir”, - İ.Əliyev bildirib.
O qeyd edib ki, iqtisadiyyatın şaxələnməsi dövlətin əsas məqsədlərindən biridir, diqqət əsasən sənayenin, kənd təsərrüfatının, turizmin, xidmətlər sektorunun, informasiya və kommunikasiya texnologiyalarının inkişafına yönəlib.
İ.Əliyevin sözlərinə görə, nəqliyyat sahəsinə investisiyaların yatırılması əsas prioritetlərdən biridir.
“Coğrafi mövqeyindən bəhrələnərək Azərbaycan Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdı. Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib”, - prezident qeyd edib.
Dövlət başçısı bildirib ki, müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla Azərbaycan nəinki mühüm nəqliyyat mərkəzinə çevrilib, eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verib.
“Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir”, - Azərbaycan prezidenti vurğulayıb. **
B.Rüstəmbəyov, Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət