“Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas bu gün Bakıda qələbə qazandığı Azərbaycan Qran-prisinin çətin keçdiyini bildirib.
“Liderlər qrupunda çox hadisə baş verməsə də, yarış çətin idi, Lüis (Hamilton - İF) davamlı şəkildə mənə təzyiq göstərirdi. Mən səhvə yol verə bilməzdim və daim vəziyyəti nəzarət altında saxlayırdım. Damalı bayrağı gördüyüm və birinci yeri tutduğum üçün çox xoşbəxtəm”, - deyə V. Bottas “f1news.ru” saytına bildirib.
Onun sözlərinə görə, Bakıdakı dubl “Mercedes” komandası üçün çox şey deməkdir.
“Bu, bizim üçün çox böyük uğurdur. Komanda çox gözəl nəticələr əldə edir. Mən uşaqlara həmişə deyirəm: bu komandada çıxış etməkdən qürur duyuram. Hamımız əla işləyirik. Və hər şey gözəl davam edir!”, - deyə pilot vurğulayıb.
Azərbaycan Qran-prisində ikinci yeri “Mercedes” komandasının pilotu Lüis Hamilton, üçüncü yeri isə “Ferrari” komandasının pilotu Sebastyan Fettel tutub.
Bu, “Mercedes” komandasının çempionatda ardıcıl dördüncü dubludur.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət