Bakı və Montevideo iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığa dair bir sıra sazişlər imzalamağa hazırlaşır. Bunu xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə deyib.
“İkitərəfli əlaqələrin müqavilə-hüquq bazasına toxunan nazir E.Məmmədyarov iqtisadi, ticarət və humanitar əməkdaşlığın təşviqi üçün daha münbit şərait yaradan bir sıra saziş layihələrinin hazırda baxılmaqda olduğunu və R.Nin Novoanın hazırkı səfəri çərçivəsində Azərbaycan və Uruqvay hökumətləri arasında "İqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında” sazişin imzalanacağını səsləndirib”, - deyə XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
O, Azərbaycan-Uruqvay parlamentlərarası təmaslarının genişləndirilməsinin vacibliyini qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Uruqvayın nümayiş etdirdiyi prinsipial mövqeyinə görə təşəkkürünü ifadə edib.
Uruqvaylı nazir ötən ilin nəticələrinə dair Azərbaycanın Uruqvaya ən çox neft ixrac edən 5 ölkə sırasında olduğunu vurğulayıb.
R.Nin Novoa Uruqvayın Azərbaycan ilə kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu deyib.
Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət