Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə operator) “Mərkəzi Azəri” platformasında profilaktik işlərindən sonra neft hasilatını bərpa edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABƏŞ-in mətbuat katibi Tamam Bayatlı məlumat verib.
“Profilaktik işlərin həyata keçirilməsi üçün “Mərkəzi Azəri” platformasında hasilat aprelin 15-dən dayandırılıb və aprelin 30-da bərpa edilib. Paltformadan hasilatın həcmi göstəricilərin profilaktik işlərdən əvvəlki səviyyəyə çatdırılmssı məqsədilə tədricən artırılacaq”, - T.Bayatlı bəyan edib.
Onun sözlərinə görə, bu dövr ərzində platformada profilaktik, müəfttiş və layihə işləri həyata keçirilib. Xüsusilə, məşəlin yandırılması sisteminin modernləşməsi həyata keçirilib.
“Profilaktik işlərin həyata keçirildiyi dpvrdə AÇG bookunda qalan platformalar, həmçinin “Şahdəniz” yatağında iki platformadan neft hasilatı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa ilə neft ixracı, Cənubİ Qafqaz qz kəməti magistralı ilə qaz tədarükü normal rejimdə davam etdirilib. Həmçinin Səngəçal terminalında fəaliyyət və Ceyhan və Supsada terminallardan tankerlərin suya və yola salınması qrafikə uyğun olaraq aparılıb”, - T.Bayatlı bildirib.
Xəbər verildiyi kimi, “Mərkəzi Azəri” platformasında həyata keçirilən profilaktik işlər AÇG blokunun işlənməsi layihəsi üzrə illik iş proqramının bir hissəsidir. Cari ilin payızında, oktyabrın 15-də “Qərbi Azəri” platformasında profilaktik işlərlə əlaqədar neft hasilatı dayandırılacaq.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.* 2018-ci ildə AÇG blokundan 213,5 mln. barel neft hasil olunub. Ötən il orta sutkalıq neft hasilatı 584 min barel olub.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət