Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə üçün yük vaqonlarının istehsalı üzrə birgə müəssisənin layihələndirilməsinə başlayıb. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan məlumat verib.
“Azərbaycan və Türkiyə birgə vaqon istehsalı zavodu inşa edəcək və həmin vaqonlar məhz BTQ xəttində işləyəcək. Bununla bağlı rəhbər şəxslərimiz həmkarları ilə görüşüb. Hazırda işlər layihələndirmə mərhələsindədir”, - M.Turhan “Azərtac” dövlət agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, zavodun tikintisinə texniki dəstək Türkiyə tərəfindən göstəriləcək. Həmçinin zavodda istifadə olunacaq avadanlıqları da Türkiyə təmin edəcək.
Nazirin sözlərinə görə, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin tabeliyindəki “Türkiye Demiryolu Makinaları Sanayi A.Ş.” (TÜDEMSAŞ) tərəfindən istehsal olunan 150 yük vaqonu hazırda BTQ dəmir yolu xəttində yükdaşıma həyata keçirir.
Öncə “ADY” QSC-nin sədri Cavid Qurbanov bəyan edib ki, Sumqayıt Texnologiyalar Parkında dəmir yolu yük vaqonlarınının Azərbaycan-Türkiyə birgə istehsalı təşkil oluna bilər.
Həmçinin, M.Turhan məlumat verib ki, xüsusilə Türkiyə-Azərbaycan arasında istismar olunacaq vaqonların TÜDEMSAŞ tərəfindən istehsal olunması məqsədilə işlərə başlanılıb. “Bu çərçivədə Azərbaycandan bir ədəd EA tipli vaqonlar alınaraq Türkiyəyə gətirilib və TÜDEMSAŞ tərəfindən yeni vaqon layihələndirilib. İki ədəd prototip istehsalı planlanlaşdırılır və cari il ərzində işlərin tamamlanması nəzərdə tutulur. Azərbaycan tərəfindən 600 vaqona ehtiyac var”, - nazir bildirib.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Hazırda bu marşrut ilə yüklərin daşınması həyata keçirilir. İlkin mərhələdə BTC ilə 1 mln.-a qədər sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir. Lakin bu dəhliz ilə illik yük daşınmasını 20-22 mln. tona çatdırmağı planlaşdırır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət