OPEC+ ölkələri cari ilin iyun ayınadək “Neft istehsal edən ölkələr arasında Əməkdaşlıq Xartiyası” ilə bağlı prosesləri yekunlaşdıracaq. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Ciddə şəhərində keçirilən “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşüb.
“M.Barkindo bazarda sabitliyin qərarlaşması üçün “OPEC plus” formatında tədbirlərin davam etdirilməsini vacib hesab edib. Söhbət zamanı “Neft istehsal edən ölkələr arasında Əməkdaşlıq Xartiyası” da nəzərdən keçirilib. Bildirilib ki, cari ilin iyun ayınadək Xartiya ilə bağlı proseslərin yekunlaşdırılması planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Nazir vurğulayıb ki, iyunda nazirlərin görüşündə ilin ikinci yarısı üçün qərar qəbul edilərkən bütün geosiyasi və iqtisadi amilləri nəzərə almaqla ətraflı təhlillər aparılmalıdır.
O, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin energetika və sənaye naziri Suheyl əl-Mazrui ilə də görüşüb. S.Mazrui hazırda neftin qiymətinin qənaəbəxş olduğunu bildirib və əlavə edib ki, ötən ilin sonunda kəskin qiymət dəyişiklikləri ilə müşayiət olunan vəziyyətin təkrarlanması yolverilməzdir.
P.Şahbazov isə deyib ki, neftin qiymətinin həm istehsalçılar, həm də istehlakçılar üçün sərfəli həddə olması və tarazlığın təmin edilməsi məqsədilə neft bazarına hazırda əsas dəstəyi “OPEC plus” ölkələri verə bilər.
Xəbər verildiyi kimi, 2018-ci il dekabrın 7-də əldə olunmuş OPEC+ razılaşmasına əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaqla bağlı öhdəlik götürüb. Yeni qərar çərçivəsində Azərbaycan 2019-cu ildən etibarən gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisinə nisbətən 20 min barrel - 776 min barrelədək azaltmalıdır.
Energetika Nazirliyinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında Azərbaycanda orta gündəlik neft hasilatı 770 min barrel, apreldə isə 683 min barrel təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət