“PAŞA Bank” 2018-ci ildə ticarət və xidmət sahələrinin kreditləşdirilməsi portfelini 47,3% - 715,534 mln. manatadək artırıb. Bu barədə bankın baş maliyyə inzibatçısı, İdarə Heyətinin üzvü Bəhruz Nağıyev məlumat verib.
“2018-ci ilin yekunları üzrə ticarət və xidmət sahələrinin kreditləşdirilmə həcmi 715,534 mln. manata çatıb ki, bu da bankın ümumi kredit portfelinin 40%-ni təşkil edib. İl ərzində bu sahənin kreditləşdirilmə portfeli 47,3% artıb”, - deyə o, bu gün ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Bundan başqa, 2018-ci ilin yekunları üzrə bankın kredit portfelinin strukturunda 11% və ya 200,984 mln. manat fiziki şəxslərin, 175,822 mln. manat (10%) emal sənayesinin, 161,177 mln. manat (9%) bank olmayan kredit təşkilatlarının, qalan məbləğ isə digər sahələrin payına düşüb.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “Pasha Holding”in strukturuna daxildir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət