İtaliya prezidenti Sercio Mattarella azərbaycanlı həmkarı İlham Əliyevi Romaya səfərə dəvət edib.
Mattarella Əliyevi mayın 28-də qeyd olunan milli bayram - Respublika Günü münasibətilə təbrik edib.
“ Sizi Romada qəbul etmək ümidi ilə sizə və bütün Azərbaycan xalqına rifah diləyirəm”, - Azərbaycan prezidentinin saytında dərc olunan Mattarellanın təbrik məktubunda deyilir.
Mattarella qeyd edib ki, Azərbaycan və İtaliya möhkəm əlaqələrlə bir-birinə sıx bağlıdırlar və bu bağlılıq illər ərzində siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində məhsuldar tərəfdaşlıqda öz əksini tapıb.
O ümid edir ki, bu əməkdaşlıq daha da zənginləşəcək və yeni sahələr üzrə genişlənəcək.
“İnanıram ki, əlaqələrimizin möhkəmləndirilməsi, regional və beynəlxalq səviyyələrdə birgə maraq dairəsində olan mövzular üzrə dialoqun intensivləşdirilməsi üçün möhtəşəm çərçivə hesab edilən Bakı və Avropa İttifaqı arasında yeni bir tərəfdaşlıq sazişi müəyyənləşdirmək üçün qətiyyətlə və ruh yüksəkliyi ilə yolumuza davam edəcəyik”, - məktubda qeyd olunur. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət