Energetika naziri Pərviz Şahbazov hesab edir ki, neft bazarında davam edən qeyri-müəyyənlik nəzərə alınmaqla OPEC+ çərçivəsində yeni qərarların qəbul edilməsinə ehtiyatla yanaşmaq lazımdır.
"2014-cü ilin ikinci yarısından başlayaraq neft bazarında qeyri-müəyyənlik indiyədək müşahidə edilir. OPEC-in vəziyyətin dəyişməsi üçün çevik tədbirlərlə davamlı dəstəyinə baxmayaraq, bu qeyri-müəyyənliklər hələ də qalır", - deyə nazir bu gün Bakıda “Caspian Oil & Gas 2019” konfransında bildirib.
O qeyd edib ki, hazırda neftin qiyməti qənaətbəxşdir.
"Lakin neft istehsalçıları və istehlakçılarının maraqlarına uyğun olaraq qiymət sabitliyi və tələb və təklif arasında balansın saxlanılması düşünülmüş tədbirlərin görülməsi zəruriliyini diktə edir", - deyə P.Şahbazov vurğulayıb.
Nazir əlavə edib ki, iqtisadi və siyasi addımların təhlili göstərir ki, tələb və təklif arasında balansın saxlanılması üçün əsas meyar kommersiya neft ehtiyatlarının azaldılmasıdır.
P.Şahbazov qeyd edib ki, İƏİT ölkələrində kommersiya neft ehtiyatlarının həcmi son beş ildə qeydə alınmış orta göstəricidən çoxdur
Onun sözlərinə görə, ABŞ-da neft ehtiyatları həm də şist neft hasilatının artması hesabına çoxalıb. OPEC+ ölkələri apreldə öhdəliklərini 168% yerinə yetirsə də, kartelə üzv olan bir sıra ölkələrdə neft hasilatının azalması, ticari məhdudiyyətlər və geosiyasi qeyri-sabitlik neft ehtiyatlarının çatışmazlığına və müvafiq olaraq qiymət artımına gətirib çıxarıb. OPEC+ çərçivəsində hasilatın azaldılması üzrə öhdəliklər ehtiyatların artmasını kompensasiya edə bilmədi. Buna görə əsas prioritet kommersiya neft ehtiyatlarının müvafiq səviyyəyə qədər azaldılmasıdır", - deyə nazir vurğulayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət