“Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Rusiyanın "Qazprombank"ı arasında əməkdaşlıq sənədi imzalanıb.
Sənəd cümə axşamı Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində imzalanıb. Bu barədə ABB-dən məlumat verilir.
Azərbaycan Beynəlxalq Bankı ilə Rusiyanın “Qazprombank”ı arasında əməkdaşlıq haqqında razılıq sənədi imzalanıb.
Sənədi Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov və “Qazprombank”ın İdarə Heyəti sədrinin müavini Aleksey Belous imzaladılar.
Razılıq sənədində Azərbaycanda həyata keçirilməsi planlaşdırılan bir sıra investisiya və digər kommersiya layihələrində birgə iştirak məsələləri nəzərdə tutulur.
Neft-kimya, neft-qaz emalı sənayesi, kənd təsərrüfatı, nəqliyyat, rabitə və s. bu kimi sahələrdə biznes layihələrinə maliyyə dəstəyi əməkdaşlığın prioritet istiqamətlərinə daxildir. Bundan başqa, banklar bu əməkdaşlıq çərçivəsində maliyyə məsləhətçiliyi xidmətləri, kapital bazarlarında iştirak, Azərbaycan və Rusiya arasında milli valyutalarda hesablaşmaların inkişaf etdirilməsi və s. bu kimi məsələlərə də diqqət göstərəcəklər.
Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə müəssisəsi olan “ABB-Moskva”nın da bu əməkdaşlıq çərçivəsində “Qazprombank”la müəyyən layihələrdə birgə iştirakı nəzərdə tutulur.
“Biz xarici əlaqələrimizi daim inkişaf etdirir, yeni əməkdaşlıq imkanlarını hər zaman dəyərləndirməyə çalışırıq. Azərbaycanla Rusiya arasında geniş iqtisadi-ticari əlaqələr mövcuddur. Azərbaycan Beynəlxalq Bankı ilə Qazprombank arasında tərəfdaşlıq münasibətləri, həyata keçirilən birgə layihələrimiz, ümid edirik ki, bu əlaqələrə öz töhfələrini verəcək”, - məlumatda Abbas İbrahimovun sözlərindən sitat gətirilir.
“Azərbaycan MDB məkanının ən dinamik inkişaf edən ölkələrindən biridir. “Qazprombank” bu ölkə ilə uzunmüddətli işgüzar əlaqələrə və dost münasibətlərinə malikdir. Azərbaycan Beynəlxalq Bankı ilə geniş əhatəli maliyyələşdirmə layihələrinin həyata keçirilməsi təcrübə mübadiləsinə imkan verəcək və inkişaf üçün yeni fürsətlər yaradacaq”, - Belous qeyd edib.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 92,65% təşkil edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət