Bu il Azərbaycanın sənaye parklarında daha 8 rezident istehsala başlayacaq. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“İndiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 23-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu ilin sonunadək daha 8 rezident istehsala başlayacaq”, - deyə Ş.MustafayevAZƏRTAC-a müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, indiyədək sənaye parklarına 3,3 milyard dollar həcmində investisiya qoyulub. Təkcə, 2018-ci ildə rezidentlər tərəfindən 451 milyon dollar sərmayə yatırılıb.
“Sənaye parklarında 9 minə yaxın daimi iş yeri yaradılıb. Növbəti mərhələdə 400 milyon dollaradək sərmayə qoyuluşu, 1600-dən artıq iş yerinin açılması nəzərdə tutulur”, - deyə o qeyd edib.
Ş.Mustafayev əlavə edib ki, indiyədək sənaye parklarında 1,36 milyard manat dəyərində məhsul istehsal edilib ki, bunun 250 milyon manatlıq hissəsi ixrac olunub.
Sənaye məhəllələrinin fəaliyyətinə toxunan iqtisadiyyat naziri qeyd edib ki, sənaye məhəllələrində indiyədək 33 milyon manatlıq məhsul istehsal edilib. “Sənaye məhəllələrində qeydiyyatdan keçmiş iştirakçıların sayı 36 olmaqla ümumilikdə, 140 milyon manata yaxın investisiya yatırılması, 2 minədək iş yerinin yaradılması nəzərdə tutulur. Bu müəssisələrin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq”, - deyə o vurğulayıb.
Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları və 3 sənaye məhəlləsi – Neftçala, Masallı və Hacıqabul sənaye məhəllələri fəaliyyət göstərir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət