Norveçin “Equinor” şirkəti 2020-ci ilin I rübündə Xəzərin Azərbaycan sektorunda “Aypara” perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazma işlərinə başlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilir.
“Aypara” strukturu Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” blokundan 25 km və Bakıdan 90 km məsafədə yerləşir və şimal-şərqdən cənub-qərbə qədər uzanır. 2020-ci ilin I rübündə “Aypara-1” quyusunun qazma işlərinə başlamaq nəzərdə tutulur. Qazma nöqtəsində dənizin dərinliyi 140 metrdir. Qazma işlərinin 60-90 gün davam edəcəyi və gələn ilin I və ya II rübündə başa çatması gözlənilir”, - şirkətdən qeyd ediblər.
Məlumata görə, “Aypara-1” quyusunun qazılması üçün “Qarabağ” yatağında dənizin dərinliyində kəşfiyyat qazma işlərində istifadə olunacaq yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Həmçinin məlumat verilir ki, bu işlərin həyata keçirilməsinə hazırlıq çərşivəsində “Equinor” “Aypara-1” quyusunun qazma işləri ilə əlaqədar Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədini hazırlayıb.
Sənəddə ətraf və sosial mühitin cari vəziyyətinə dair məlumat, layihənin reallaşdırılmasının Xəzərin ekologiyasına təsirinə dair proqnozlar və ətraf mühit və əhaliyə istənilən potensial təsirin minimuma endirilməsinə dair tədborlər öz əksini tapıb.
Şirkət iyukun 4-d Bakıda ictimai dinləmələr zamanı ƏMTQ sənədini ictimaiyyətə təqdim etmək niyyətindədir.
31 may 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda perspektiv strukturların işlənməsi haqqında iki müqavilə imzalanıb. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb.
Saziş iyunun 29-da Milli Məclisdə ratifikasiya edilib, iyulun 5-də isə qüvvəyə minib.
13 mlrd. kubmetr qaz və 17 mln. ton kondensat ehtiyatı ilə “Əşrəfi” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 100 kilometr şərqdə yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 250 metrdən 450 metrə kimi dəyişir.
“Əşrəfi-Dan ulduzu” struktur blokunun işlənməsinə dair müqavilə 1997-ci ildə ARDNŞ (20%), BР (30%), “Unocal” (25,5%), “Itochu” (20%) və “Delta HESS”(4,5%) arasında imzalanıb. “Əşrəfi” yatağında 20-40 mln. ton karbohidrohen ehtiyatlarının olması aşkar edilib. Lakin müqavilə 2000-ci il martın 7-də hüquqi qüvvəsini itirib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət