İyunun 28-də Berndə Azərbaycan-İsveçrə ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.
Azərbaycanın İsveçrədəki Xanım İbrahimova İsveçrə Federal Şuranın ticarət sazişləri üzrə nümayəndəsi Ervin Bollinqer ilə birgə hökumətlərarası komissiyanın növbəti iclasına hazırlıq işləri, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, müqavilə-hüquq bazasının artırılması məsələlərini müzakirə edib.
“İbrahimova qeyd edib ki, Azərbaycan-İsveçrə ikitərəfli münasibətlərin inkişaf prioritetlərindən biri iqtisadi əməkdaşlıqdır. O vurğulayıb ki, iyunun 28-də Berndə birgə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək”, - “İnterfaks-Azərbaycan”a Azərbaycanın Berndəki səfirliyindən məlumat verilib.
Bundan başqa, komissiyanın iclası çərçivəsində Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Turqau Kantonunun Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında memorandumlar imzalanacaq.
“Eyni zamanda, 27 iyun tarixində Sürixdə İsveçrə-MDB Birgə Ticarət Palatası ilə birgə biznes forumun təşkili də nəzərdə tutulan tədbirlər arasındadır. Cari ilin oktyabr ayında Qərbi İsveçrənin işgüzar dairələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək”, - səfirlikdən qeyd ediblər.
Öz növbəsində, E.Bollinqer İsveçrənin Azərbaycanla əlaqələrin daha da inkişafında maraqlı olduğunu qeyd edib.
Komissiyanın 7-ci iclası 2016-cı il martın 10-da Bakıda keçirilib. Azərbaycan tərəfindən komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayevdir. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət