Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ikitərəfli iqtisadi əməkdaşlığın enerji komponentini prioritet hesab edirlər.
“İyunun 21-də Abdullayev və Kanevski arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan və Ukrayna arasında energetika sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib”, - Ukraynanın Bakıdakı səfirliyi məlumat verir.
Həmsöhbətlər ikitərəfli iqtisadi əməkdaşlığın enerji komponentinin prioritetliyi, həmçinin Ukraynada SOCAR-ın fəaliyyətinin genişləndirilməsinin vacibliyini qeyd ediblər.
“Bundan başqa, tərəflər Ukrayna prezidenti yanında İnvestorlar Şurası çərçivəsində aparılan işlərlə bağlı məsələləri müzakirə ediblər. Abdullayev gələcəkdə İnvestorlar Şurasının iclaslarında iştirak etməyə hazır olduğunu bildirib. Bununla bağlı Ukrayna prezidenti Vladimir Zelenskiyə məktub ünvanlanıb”, - məlumatda qeyd olunur.
Hazırda Azərbaycan Ukraynaya əsas neft tədarükçüsüdür. 2019-cu ilin yamvar-may ayları ərzində Ukrayna $138,115 mln. məbləğində neft idxal edib, bunun $135,679 mln.-u Azərbaycandan tədarük olunub (98,24% pay ilə).
SOCAR 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb. Ukraynada neft məhsullarının topdan ticarət bazarında SOCAR-ın payı 10%-ə yaxındır. “SOCAR Ukraine” bu ölkədə YDM şəbəkəsinə malikdir və 60 stansiyanı idarə edir. Həmçinin şirkətin Kiyev, Lvov, Xarkov və Odessada neft bazaları var. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət