Sofiya və Bakı 2020-ci ilə strateji əməkdaşlığa dair yeni saziş layihəsini hazırlayır. Bunu Bolqarıstan baş nazirinin müavini və xarici şlər naziri Yekaterina Zaxaryeva deyib.
“Bu əməkdaşlıq nəinki enerji sahəsində nəzərdə tutulur, həm də turizm, İKS, ASK və s. layihələrin reallaşdırılmasını nəzərdə tutur”, - Zaxaryeva bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Məmmədyarovla görüş zamanı iki ölkənin nəqliyyat nazirlərinin görüşünün təşkili imkanları müzakirə olunub. “Regional nəqliyyat əməkdaşlığı üzrə debatların təşkilinə dair razılığa gəldik”, - nazir bildirib.
Zaxaryeva energetika sahəsini ikitərəfli əməkdaşlığın əsas mövzusu adlandırıb. “Azərbaycan enerji sahəsində Bolqarıstanın vacib tərəfdaşıdır. Bolqarıstan və Yunanıstan 2021-ci ildə inşa olunacaq qaz kəmərinin çəkilməsinəı dair danışıqları başa çatdırıb, Hımin boru kəməri ilə biz Azərbaycan qazı alacağıq. Bolqarıstan qazın sertifikatlaşdırılması prosesindən keçməyə hazırdır”, - o vurğulayıb.
“İllik Azərbaycandan 1 mlrdş kubmatr qaz alacağımıza dair saziş qüvvədədir. Bu, Bolqarıstanın istifadə etdiyi bütün qaz həcminin üçdə bir hissəsidir. Biz tranzit ölkəyik, qazın qonşu ölkələrə tədarükü üzrə infrastruktur şəbəkəyə malikik. Bolqarıstan qazın Rumıniya, Serbiya, Şimali Makedoniyaya tranzitini təmin etməyə hazırdır”, - Zaxaryeva bildirib.
O, həmçinin iki dövlətin işgüzar dairələri arasında əməkdaşlığın inkişafının zəruriliyini vurğulayıb.
“Bizim vəzifəmiz iki ölkənin biznes strukturları arasında inkişaf üçün platformanın yaradılmasıdır. Birbaşa uçuşlar turizmin inkişafına töhfə verib, lakin tusist axının artırılması üçün kifayət qədər potensialımız var. Strateji coğrafi vəziyyətimizdən nəinki ikitərəfli, həm də çoxtəfəfli formatlarda nəqliyyat layihələrinin inkişafı üçün istifadə edə bilərik”, - Zaxaryeva qeyd edib.
Azərbaycanla Bolqarıstan arasında hazırda qüvvədə olan əməkdaşlığa dair saziş 2015-ci ildə imzalanıb.
Öz növbısində, Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Bakının ədalətli mövqeyini dəstəklədiyinə görə Bolqarıstan tərəfində minnətdarlığını bildirib. O, həmçinin qeyd edib ki, bolqarıstanlı həmkarı ilə danışıqlar zamanı “siyasi, iqtisadi, nəqliyyat məsələləri” müzakirə olunub. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət