Azərbaycan şirkətləri Avropa və Balkan ölkələrinin bazarlarına çıxmaq üçün Monteneqrodan istifadə edə bilər. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev belə hesab edir.
"Bizim siyasi münasibətlərimiz çox yüksək səviyyədədir və bu, iqtisadi əməkdaşlıq üçün gözəl imkanlar yaradır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb, lakin bu, bütün potensialı əks etdirmir", - deyə S.Babayev bu gün Bakıda keçirilən Azərbaycan-Monteneqro biznes forumunda bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan Monteneqroda iri turizm mərkəzinin tikintisinə sərmayə qoyub, digər sahələrə də investisiya yatırılır. "Biz energetika, alternativ enerji, humanitar, nəqliyyat və digər sahələrdə əməkdaşlıq edirik. Bugünkü forumda hər iki ölkədən 150 şirkət iştirak edir və mən iş adamlarını birgə layihələr həyata keçirməyə dəvət edirəm", - deyə o qeyd edib.
S.Babayev, həmçinin Monteneqro iş adamlarına Azərbaycan iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatı və sənaye sahələrinə investisiya qoymağı təklif edib. "Monteneqro Azərbaycan mallarının Balkan ölkələrinə və Avropaya, Azərbaycan isə Monteneqro mallarının Cənubi Qafqaz və MDB ölkələrinə girişini təmin edən qapıdır", - deyə nazir əlavə edib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət