2019-cu ilin yanvar-may aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 319 mln. 272,2 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9% azdır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 212 mln. 707,2 min manat (azalma 16,7%) və ya bazar üzrə bütün sığorta haqlarının 66,6%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 92 mln. 940,6 min manat (azalma 32,7%), qeyri-həyat sığortası üzrə sığorta haqları 119 mln. 766,6 min manat (artım 2,1%) təşkil edib.
Yanvar-may aylarında icbari sığorta növləri üzrə sığorta haqları 106 mln. 565 min manat (artım 11,7%) təşkil edib.
Hesabat aylarında sığortaçılar könüllü tibbi sığorta (66,209 mln. manat), həyatın yaşam sığortası (73,035 mln. manat) və AVSMMİS (38,046 mln. manat) üzrə daha çox sığorta haqqı toplayıblar.
Cari ilin 5 ayı ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 93 mln. 777,5 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,8% azdır.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 64 mln. 23,1 min manat (azalma 8,3%) və ya bazar üzrə bütün ödənişlərin 68,3%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 30 mln. 136 min manat (azalma 19,3%), qeyri-həyat sığortası üzrə ödənişlər 33 mln. 887,1 min manat (artım 4,5%) məbləğində olub.
Yanvar-may aylarında icbari sığorta növləri üzrə ödənişlər 29 mln. 754,4 min manat (artım 7,5%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (29,619 mln. manat), AVSMMİS (25,575 mln. manat) və könüllü tibbi sığorta (22,575 mln. manat) üzrə daha çox ödəniş ediblər.
2019-cu ilin aprel ayının əvvəlinə Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət