2018-ci ildə “Azərenerji” ASC-nin (elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı) xalis zərəri 307,335 mln. manat ($180,8 mln.) təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 49,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
2018-ci ildə cəmiyyətin gəlirləri 1 mlrd. 48,026 mln. manat (artım 3,4%) təşkil edib. “Azərenerji” elektrik enerjisinin satışından 1 mlrd. 45,47 mln. manat gəlir (artım 3,5%) əldə edib.
2018-ci ildə valyuta vəsaitlərinin təkrar qiymətləndirilməsi nəticəsində “Azərenerji”nin xalis gəliri 2017-ci ildə qeydə alınmış 15,818 mln. manat məbləğində zərərə qarşı 14,216 mln. manat, kredit borclarının silinməsindən gəlirləri 84,84 mln. manat (2017-ci ildə 137 min manat) təşkil edib.
Ötən ilin yekunları üzrə cəmiyyətin vergi ödənilənədək zərəri 59,168 mln. manat (azalma 8,8 dəfə), dövlət büdcəsinə vergi ödənişləri 245,088 mln. manat (artım 3,1 dəfə) təşkil edib.
2018-ci ildə “Azərenerji”nin aktivləri 1,6% - 3 mlrd. 713,924 mln. manatadək artıb, uzunmüddətli aktivləri 1,5% - 2 mlrd. 959,386 mln. manatadək azalıb, qısamüddətli aktivləri 16,3% - 754,538 mln. manatadək artıb.
Qeyd olunan dövrdə “Azərenerji”nin məcmu kapitalı 16,3% - 1 mlrd. 186,084 mln. manatadək artıb, nizamnamə kapitalı 1 mlrd. 760,495 mln. manat (dəyişməyib) təşkil edib.
2018-ci ildə cəmiyyətin öhdəlikləri 4% - 2 mlrd. 527,84 mln. manatadək azalıb, uzunmüddətli öhdəlikləri 1 mlrd. 481,015 mln. manat (azalma 16,7%), qısamüddətli öhdəlikləri 1 mlrd. 46,825 mln. manat (artım 22,5%) təşkil edib.
2018-ci ildə ASC-nin investisiya fəaliyyətinə yönəldilmiş pul vəsaitləri 2,4 dəfə - 359,045 mln. manatadək artıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət