Vergilər Nazirliyi “Azərmaş” zavodu ilə «Khazar SD» və «Peugeot Khazar» markalı avtomobillərin satın alınması haqqında 91,5 min manat dəyərində müqavilə imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Agentliyindən məlumat verilib.
““Azərmaş” avtomobil zavodu Vergilər Nazirliyi üçün avtomobil tədarük edəcək. Müəssisə ilə avtomobillərin satın alınması haqqında müqavilə iyul ayında imzalanıb. Müqavilənin dəyəri 91,5 min manatdır”, - deyə məlumatda bildirilir.
“Azərmaş” zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının sonunda baş tutub. Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
I mərhələdə müəssisənin yaradılmasına $15 mln. sərmayə qoyulub.
Bu il zavodda 3 min ədəd minik avtomobilinin istehsalı planlaşdırılır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət