Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi kimyəvi reagentlər, dezinfeksiya vasitələri, laboratoriya qabları, dərman preparatları və digər məhsulların satınalınmasına dair 45 mln. 444 min 986,32 manat ümumi məbləğdə 24 müqavilə imzalayıb.
www.tender.gov.az saytının məlumatına əsasən, “Zeytun Pharmaceuticals” MMC ilə 31 mln. 334 min 480,55 manat ümumi məblğdə 8 müqavilə bağlanıb. Müqavilələr şəkərli diabet üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş özünənəzarət vasitələri (striplər), şəkərli diabet üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş uşaqlarda insulin yeritmək üçün pompa məsrəfləri, ana və uşaqın sağlamlığının qorunması üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələr, dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələr, xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramına uyğun periton dializdə istifadə olunan dərman və tibbi təyinatlı vasitələr, vərəmlə mübarizə üzrə tədbirlər proqramına uyğun nəzərdə tutulmuş dərman və diaqnostik vasitələr, müalicə-profilaktik müəssisələrinin təminatı üçün zəruri dərman vasitələrin tədarükünü nəzərdə tutur.
“Araş Medical Company” MMC ilə dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri, dayaq-hərəkət sistemi endoprotezləri, 2016-2020-ci illər üçün Hemofiliya xəstələri üzrə Tədbirlər Proqramına uyğun nəzərdə tutulmuş reaktivlər, 2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramına uyğun nəzərdə tutulmuş reaktivlərin satınalnmasına dair 5 mln. 402 min 37,22 manat ümumi məbləğdə 5 müqavilə imzalayıb.
O cümlədən, şüa diaqnostikada istifadə olunan plyonkalar, vasitələr və digər diaqnostik məhsulların satınalınmasına dair “3S Osteosintez” MMC ilə 2 mln. 11 min 780,35 manat məbləğində müqavilə imzalanıb.
Laborator qan qazı analizatorları və sitometriya üçün kimyəvi maddələr, reaktivlər, reagentlər və Azərbaycanda HİV-AİDS-in qarşısının alınması və onunla mübarizə məqsədi ilə nəzərdə tutulmuş testlər və reaktivlərin tədarükçüsü qismində” Albatros Heltkeyr” MMC cəlb olunub. Şirkətlə 1 mln. 255 min 758,53 manat ümumi məbləğdə iki müqavilə imzalanıb.
«Labservis LTD» şirkəti ilə müalicə-profilaktik müəssisələrinin təminatı üçün ümumi təyinatlı kimyəvi maddələr, reaktivlər, reagentlər, testlər, test-dəstlər, qidalı mühitlər, laboratoriya analizləri üçün diaqnostika vasitələri və qabların tədarükünüə dair 4 mln. 132 min 247,37 manat ümumi məbləğdə 2 müqavilə imzalanıb.
Digər müqavilələr “Fuad-Kimya Servis” MMC ilə Respublika GEM, TAUN və Patoloji anatomiya birliyi üçün kimyəvi maddələr, reaktivlər, reagentlər, testlər, test-dəstlər, qidalı mühitlər, laboratoriya analizləri üçün diaqnostika vasitələri və qablar və Toksikoloji laboratoriya üçün kimyəvi maddələr, reaktivlər, reagentlər, testlər, laboratoriya qablarının tədarükü (855 min 474,61 manat - İF), “Avro Med Company” QSC kardiocərrahiyyədə və bəzi spesifik sahələrdə istifadə olunan dərman vasitələrinin satınalınması (153 min 369,69 manat) və “Tibbi Texnikanın Təmiri Zavodu” ASC (299,838 min manat) ilə imzalanıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət