“Unibank” problemli kreditlər üzrə 65,257 mln. manatdan çox kompensasiya ödəyib. Bu barədə bankın Satış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədov məlumat verib.
“Bildiyiniz kimi, “Unibank” kompensasiya ödənişlərini vaxtında başa çatdırıb. Proses dövründə 122,651 min müştəriyə 65,257 mln. manat məbləğində kompensasiya ödənişi həyata keçirilib”, - deyə M.Məmmədov bankın mətbuat xidmətinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, kompensasiya ödənişləri başa çatan kimi, bank fərmanın ikinci hissəsinin icrasına - fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı hazırlıq prosesinə başlayıb.
“Qısa müddətdə texniki məsələlər həll edildi. Artıq müştərilərimizin bir qisminin kreditləri restrukturizasiya edilib və bu proses davam edir”, - deyə M.Məmmədov qeyd edib.
Prezident İlham Əliyev fevral ayının 28-də fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Fərmanda fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin fevralın 28-nə olan məzənnəyə (1,7 manat/$1) uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulub. Əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilib: 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları); 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları).
Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.
Palatanın məlumatına görə, 602,437 min nəfərə kompensasiya ödəniləcək.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı (44,4748%), Eldar Qəribov (41,9091%), fiziki (6,0157%) və hüquqi şəxslərdir (7,6004%). Bankın nizamnamə kapitalı 125 mln. 686 min 355,68 manata bərabərdir hər birinin nominal dəyəri 2,72 manat olan 46 mln. 208,219 min ədəd səhmə bölünüb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət