Xarici İşlər Nazirliyi bazar günü Azərbaycanın “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasında baş verən indisent ilə əlaqədar Gürcüstanın Bakıdakı səfirindən izahat tələb edib.
“Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib”, - XİN-in məlumatında deyilir.
XİN qeyd edir ki, “bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir”.
“Biz bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk”, - nazirlikdən vurğulayıblar.
“Azərbaycan Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülən işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən (Gürcüstandan - İF) tələb edib", - məlumatda deyilir.
Bu gün sosial şəbəkələrdə bir qrup Gürcüstan vətəndaşı tərəfindən “Keşikçidağ” (David Qareci) monastır kompleksi ərazisində Azər¬bay¬can sər¬hədçilərinə hücum cəhdi ilə bağlı videokadrlar yayılıb.
Bazar ertəsi Azərbaycanın sosial şəbəkələrində bir qrup Gürcüstan vətəndaşının “Keşikçidağ” monastır kompleksi ərazisində Azərbaycan sərhədçilərinə hücum çəkmələrini əks etdirən video kadrlar yayılıb.
İnsidentlə əlaqədar Azərbaycan və Gürcüstan sərhəd xidmətlərinin nümayəndələri görüş keçiriblər.
“Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu ki¬mi hal¬la¬ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil¬ib", - deyə Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilir.
Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı¬sa müddət ərzində aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərə¬findən ərazidə təhlükə¬sizlik tədbirləri təmin edilib.
"Keşikçidağ" monastır kompleksi Azərbaycan ərazisində yerləşir. Bununla belə, Gürcüstan ictimaiyyətinin nümayəndələri bu kompleksin onlara aid olduğunu iddia edir və daim hər iki ölkənin sərhədində müxtəlif insidentlər törədirlər.
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə işlər 1996-cı ildən etibarən həyata keçirilir. Bu proses çərçivəsində 480 km-lik Azərbaycan Gürcüstan dövlət sərhədinin 314 km-nin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd edib ki, Bakı dövlət sərhədinin delimitasiyası üzrə Tbilisi ilə danışıqlarda öz mövqeyini təsdiq edib - "Keşikçidağ" məbədi kompleksi (David Qareci) Azərbaycanın suveren ərazisidir.
Gürcüstan XİN başçısının müavini Laşa Darsaliya Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiya və demarkasiya üzrə Komissiyanın son iclasında müzakirə olunan məsələləri şərh edərkən yerli mətbuata xüsusilə bildirib ki, “Komissiyanın iclasında belə bir məsələ ortaya qoyduq ki, status-kvonun heç bir vəchlə dəyişilməsi anlayışının formalaşmasına inkam yaradacaq hər hansı addımların atılmaması vacibdir”. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət