“AzInTelecom” MMC Ukraynanın mobil operatoru “Vodafone Ukrayna”nın alınması ilə bağlı danışıqlar aparır. Bu barədə Ukraynanın ain.ua internet jurnalı məlumat yayıb.
““AzInTelecom” “Vodafone Ukrayna” ilə danışıqlar aparır. İnvestisiya obyekti barədə obyektiv təsəvvürün yaradılması proseduru başa çatıb, Azərbaycan şirkəti səhmlərin alınmasına dair təklif verib. Hər iki tərəfin nümayəndələri məlumatı şərh etmirlər", - deyə məlumatda bildirilir.
Nəşr qeyd edir ki, sövdələşmənin məbləği $700 mln.-dan başlaya bilər.
“Concorde Capital” Analitik Departamentinin rəhbəri Aleksandr Paraşiy isə sövdələşməni $1,2-1,3 mlrd. dəyərində qiymətləndirir.
“Vodafone Ukraine” 19,7 mln. abunəçiyə xidmət göstərir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 2015-ci ilin iyun ayında yaradılıb. 2018-ci ildə şirkətin gəlirləri 28,55 mln. manat (təxminən $16,8 mln.) təşkil edib.
"AzInTelecom" MMC “Azercell Telecom”un səhmlərinin 51,3%-nin sahibidir. Şirkət bu səhmləri 2018-ci ildə 222 mln. avroya əldə edib.
“Azercell Telecom” MMC 1996-cı il yanvarın 19-da təsis edilib. Şirkətin abunəçilərinin ümumi sayı 4,5 mln. təşkil edir. 2018-ci ildə şirkətin xalis mənfəəti 100,235 mln. manat, gəlirləri 421,193 mln. manat olub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət