“Azəristiliktəchizat” ASC istilik təsərrüfatı üçün qaz sayğacları, avtomatika avadanlıqları, nəzarət ölçü cihazları və digər avadanlıqların tədarükçüsünü seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim 3 lotdan ibarət açıq tender metodu ilə keçirilir: qaz sayğacları, qaz avadanlıqları və onların ehtiyat hissələrinin satın alınması (Lot-1); nəzarət ölçü cihazları, avtomatika avadanlıqları və onların ehtiyat hissələrinin satın alınması (Lot-2); qazanxana və istilik şəbəkələri üçün müxtəlif markalı nasosların və onların ehtiyat hissələrinin satın alınması (Lot-3).
Tenderdə zəruri texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilər. Tender təkliflərinin qiymətləndirilməsi zamanı əsas götürüləcək meyarlar bunlardır: ucuz qiymət, analoji sifarişlərin yerinə yetirilməsi sahəsində təcrübə, iddiaçının maliyyə vəziyyəti, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi üçün potensialın olması.
Tenderdə hər bir lot üzrə iştirak haqqı 150 manatdır. Tender təklifləri 30 avqust saat 16:00-dək qəbul olunur. Tender proseduru 2 sentyabr saat 16:00-da baş tutacaq.
Telefon: (+99412) 579-52-98, əlaqələndirici şəxs: Rafiq Əliyev.
"Azəristiliktəchizat" ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət