Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu" ASC-nin səhmlərinin 100%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan”a ƏMDK-dan məlumat verilir.
ASC-nin 1 mln. 504 min səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanacaq investisiya proqramı müəssisənin fəaliyyətinin bərpası və genişləndirilməsinə yönəldilməlidir.
nvestisiya Proqramına mövcud tikili və qurğuların təmiri və ya yeni tikililərin inşasına dair təkliflər; balıqların yetişdirilməsi və onların artım tempinin yüksəldilməsi sahəsində müasir texnoloji həllərin tətbiqinə dair təkliflər; istehsal olunan məhsulların çeşidi və/və ya növünün artırılmasına dair təkliflər; infrastruktur təminatının yaxşılaşdırılmasına dair təkliflər; yeni iş yerlərinin yaradılmasına dair təkliflər (30-dan az olmayaraq) daxil olmalıdır.
İnvestisiya Proqramının həcmi 1 mlnş. manatdan az olmamalıdır (cari məzənnə ilə $588,23 min - İF).
Müsabiqənin qalibinin səhmlərə görə dövlət büdcəsinə ödənişi 1,2 mln. manatdan az olmamalıdır.
Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalanmalıdır. 60 gün müddətində təklif etdiyi investisiya həcminin ümumi məbləğinin İnvestisiya Proqramı ilə müəyyən edilmiş 5%-ə qədər olan hissəsinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməlidir.
Müsabiqə üzrə təkliflərin qəbulu sentyabrın 3-nə qədər keçiriləcək. Təkliflərin qiymətləndirilməsi sentyabrın 5-də baş tutacaq.
“D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” 1956-cı ildə yaradılıb və Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yerləşir. Hazırda zavodda 25 nəfər işçi çalışır.
1 iyul 2019-cu il tarixinə müəssisənin nizamnamə kapitalı 1,504 mln. manatdır ki, bu məbləğ də hər birinin nominal dəyəri 2 manat olan 752 min ədəd səhmə bölünüb.
İyulun 1-nə müəssisənin 15 285 manat öhdəliyi var. Bunun 12,36 min manatı əmək haqqı üzrə borcdur. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət